İranda zəlzələ baş verdi
İranın Hörmüzgan vilayətində rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ olub.
Demedia.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi açıqlama yayıb. Bildirilib ki, zəlzələnin episentri Bəndər Ləngə rayonunda yerin 10 kilometr dərinliyində yerləşib. Fəsadlar barədə məlumat yoxdur. Zəlzələ bölgədə güclü formada hiss edilib.
Bahadur Seyidov