Zelenskidən müjdəli xəbər: Xersonu azad etməyə başlamışıq
“Ukrayna ordusu cavab həmlələri edərək, Xersonu tədricən azad etməyə başlayıb”.
Demedia.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, Ukrayna ordusunun bəzi uğurlarına baxmayaraq, cəbhə xəttində əhəmiyyətli irəliləyiş yoxdur. Zelenski əsasən Luqansk cəbhəsində vəziyyətin ağır olduğunu ifadə edib. Zelenskinin sözlərinə görə, Rusiya ordusunun amansız artilleriya hücumları işğalçılara uğur qazandırmayacaq.
Qeyd edək ki, Ukrayna ordusunun Xerson şəhərindən 15 kilometr məsafədə olduğuna dair xəbərlər yayılıb.