Kim Çen In ölkənin hərbi nümayəndələrini topladı



 22:45 22.06.2022     517

Şimali Koreya lideri Kim Çen In ölkənin milli müdafiə siyasətini müzakirə etmək üçün toplantı keçirib.

Demedia.az xəbər verir ki, toplantıda generallarla yanaşı ölkənin müdafiə sahəsində xidmət edən nümayəndələr iştirak edib. Məlumata görə, toplantıda “önəmli və kritik” hərbi məsələlərlə bağlı səsvermələr keçirilib. Yerli mənbələrin məlumatına görə, müzakirə edilən məsələlər arasında ABŞ və Cənubi Koreya ilə bağlı planlar yer almayıb.