“Kalininqrad gərginli”yi artır: Qərb rus torpaqlarını mühasirəyə aldı



 20:52 22.06.2022     431

Rusiyanın Avropa qitəsindəki ərazisi Kalininqradla bağlı gərginlik artır.

Demedia.az xəbər verir ki, Rusiya buna qədər quru sərhədi olmayan Kalininqrada yük göndərmək üçün Litva ərazisindən istifadə edirdi. Lakin Litva buna qadağa qoyub. Avropa Birliyinin Rusiya üzrə səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq ona etiraz notası təqdim edilib. Moskva quru əlaqəsinin bərpa olunmayacağı təqdirdə cavab həmlələri edəcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Rusiya ilə quru əlaqəsi olmayan Kalininqrad Baltik dənizi sahilində Polşa və Litva arasında yerləşir.