Bu halda Belarus ordusu müharibəyə qoşulacaq
Rusiya ordusu Ukraynanın şimal sərhədlərinə qayıtsa, Belarus müharibəyə girə bilər.
Demedia.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna”nın hazırladığı məlumatda deyilir.
“Məncə, Belarusun müharibəyə qatılması yalnız Rusiya qoşunlarının Kiyevi ələ keçirmək üçün yenidən hərbi əməliyyatlara başlayacağı və ya Ukrayna ordusunun cənubda ciddi məğlub olacağı təqdirdə mümkündür. Bu zaman şimalda ciddi qüvvələr qalmayacaq və Ukraynanı tez bir zamanda məğlub etmək üçün burada ikinci cəbhə açıla bilər”, - belaruslu hərbi ekspert Yaqor Lebyadok deyib.
Hərbi analitik, polkovnik Sergey Qrabski isə bildirib ki, Rusiya silahlılarının kiçik bir hissəsi hələ də respublika ərazisindədir:
“Amma indi şimal sərhədlərini yarmaq üçün onların sayı kifayət qədər deyil. Donbasda “uğurlar” olarsa, Kreml qüvvələrinin bir hissəsini Belarusdakı qruplaşmasını gücləndirmək üçün göndərə bilər. Lakin Ukraynanın bütün şimal vilayətlərinin müdafiəsi fevralın 24-nə qədər olan səviyyədə deyil. Bundan əlavə, Ukrayna və Belarus arasında sərhədin bütün hissəsi hər hansı quru əməliyyatı keçirmək baxımından çox çətindir. Bunun üçün çoxlu sayda qoşun və texnika lazımdır. Hələlik biz qurudan hücumun həyata keçirilə biləcəyinə işarə edəcək o qədər qüvvə və vasitələrin cəmləşməsini görmürük. Yeri gəlmişkən, Rusiya qoşunlarının Kiyev və Çerniqov əməliyyatının nəticələri sübut etdi ki, onlar quru istiqamətdən bu cür hücum həyata keçirə bilməzlər”.
O, Belarusdan gələn başqa bir potensial riskə də diqqət çəkib:
“Rusiya təyyarəsinin gəlişi “Baranoviçi” aerodromunda qeydə alınıb. Bu o deməkdir ki, Rusiya Ukraynaya qarşı hava zərbələrinin intensivliyini artıra bilər”.