Təchizat yolları bağlandı: 10 minə yaxın ukraynalı hərbçi mühasirədə...



 15:12 23.06.2022     1057

“Rus qüvvələri Lisiçansk və Seversk şəhərlərini birləşdirən yola nəzarəti ələ keçirib və bununla da Lisiçanskda 5-7 minlik bir qrup Ukrayna hərbçisinin təchizat yolunu bağlayıb”.

Demedia.az xəbər verir ki, bu barədə TASS agentliyi diplomat Rodin Miroşkinə istinadən bildirib.

Məlumatda bildirilir ki, şimal-şərq istiqamətində Ukrayna ordusu Severodonetskdə yaşayış məhəllələrindən çıxarılıb. Onların Lisiçanskda və Azot zavodunun sənaye zonasında mühasirəyə alınması əməliyyatı aparılır. Bu mühasirəyə 6-8 minə qədər Ukrayna hərbçisi düşə bilər.