Zelenski “BÖYÜK ZƏFƏRİ” açıqladı: Ukrayna buna layiq idi
Avropa Birliyinin Ukraynaya namizəd statusu verməsi Prezident Vladimir Zelenski tərəfindən böyük məmuniyyətlə qarşılanıb.
Demedia.az xəbər verir ki, Zelenski bildirib:
“Ölkəmizin 30 illik suverenliyi üçün ən önəmli qərarlardan biridir. Bu təkcə Ukrayna üçün önəmli deyil, həm də Avropanın gücləndirilməsi ilə bağlı və müstəqilliyimizi, birliyimizi müdafiə etmək bacarığını sınayan rus hücumlarına qarşı atılmış ən böyük addımdır”.
Zelenski Ukraynaya namizəd statusu verdiklərinə görə, avropalı liderlərə təşəkkür edib. O bildirib ki, Ukrayna bu hüququ əldə etmək üçün 120 gün, 30 il gözləyib.