Zelenskinin "taleyimiz orada həll olunacaq" dediyi şəhər təslim olur - Ukraynada vəziyyət dəyişir
Ukrayna ordusu Severodonetsk şəhərindən çəkiləcək.
Demedia.az xəbər verir ki, bu barədə Luqansk valiliyi açıqlama yayıb. Bildirilir ki, şəhər artıq xarabalığa çevrildiyindən müdafiə etməyin mənası yoxdur. Lakin Ukrayna ordusunun nə vaxt geri çəkiləcəyi barədə açıqlama verilməyib.
Qeyd edək ki, Severodonetsk küçə döyüşlər 1 aydan çoxdur davam edir. Prezident Vladimir Zelenski əvvəlki açıqlamalarında Ukraynanın taleyinin Severodonetskdə həll olunacağını bildirmişdi.