Türkiyənin vitse-prezidenti: “İsveç və Finlandiya hələ bizi qane edəcək addımlar atmayıblar”
“Türkiyə hakimiyyəti İsveç və Finlandiya tərəfindən Ankaranı iki şimal ölkəsinin NATO-ya daxil olması ilə bağlı mövqeyinə yenidən baxmağa vadar edəcək konkret addımlar görmür”.
Demedia.az xəbər verir ki, bunları Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
“İsveç və Finlandiyadan konkret addımlar gözləyirik, lakin bizi qane edəcək addımlar hələ atılmayıblar. Biz hələ bu mərhələyə gəlməmişik və ona çatanda heç bir sual olmayacaq” , - Fuad Oktay əlavə edib.
Konkret addımlara gəlincə Fuat Oktay bildirib ki, bu terrorçu təşkilatların (PKK, PYD, KCK, FETÖ – Red) İsveç və Finlandiyadakı fəaliyyətinə qadağa qoyulması, bununla bağlı müvafiq yazılı öhdəliklərin verilməsidir:
“Ölkəmizin fikrincə, NATO “təhlükəsizlik çətiri”dir, ona görə də bloka daxil olan bütün ölkələr ümumi sərhədləri qorumaq öhdəliyini üzərinə götürür. Biz terror təşkilatlarına dəstək verən ölkələrin NATO sərhədləri daxilində olmasını istəmirik. Bu, bizim mövqeyimizdir və Türkiyənin NATO-nun genişlənməsinə etirazı yoxdur”.