Rusiya ordusunu Belarusa göndərir - Kəşfiyyat
Belarusun Qomel vilayətinin qurum və təşkilatlarının rəhbərliyinə Rusiya hərbi qüvvələrinin ölkəyə qayıtması ehtimalı barədə xəbərdarlıq edilib.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat idarəsi məlumat yayıb.
Məlumata görə, ruslar Belarus ərazisində operativ-taktiki aviasiyaların sayını artırmağı planlaşdırır. Əsas məqsəd aviasiya və hava hücumundan müdafiə bölmələrinin hazırlığı üzrə döyüş hazırlığı mərkəzi çərçivəsində birgə hava patrullarının aparılmasıdır.
“Bunun üçün Baranoviçi aerodromuna 10 təyyarənin göndərilməsi planlaşdırılır”, – məlumatda qeyd olunub./ Axar.az