Toydan 10 ay sonra ərinin qadın olduğunu öyrəndi
İndoneziyalı bir qadın ailə həyatı qurduqdan 10 ay sonra həyat yoldaşının cinsini gizlətdiyini və qadın olduğunu öyrənib.
Demedia.az xəbər verir ki, bu barədə İngiltərənin “The Mirror” məlumat yayıb. Məhkəmə sənədlərində yer alan məlumata görə, cütlük onlayn tanışlıq xidməti vasitəsi ilə tanış olublar. Yeni tanışı qadına ailəsi ilə bir müddət əvvəl İndoneziyaya köçdüyünü, cərrah təhsili olduğunu və hal-hazırda kömür biznesi ilə məşğul olduğunu deyib.
Tanışlıqdan 3 ay sonra cütlük gizli şəkildə nişanlanıb. Qadın ərinin nihak üçün tələb olunan sənədləri olmadığı üçün nikahın rəsmiləşdirilməsinin mümkün olmadığını bildirib.
Cütlük N.A.-nın (aldadılan qadın - inisiallar şərtidir) valideynlərinin evində birlikdə yaşayıb. Bir müddət sonra qadının valideynləri onun ərindən şübhələnməyə başlayıblar. Bu söz-söhbətdən yorulan cütlük Cənubi Sumatra əyalətinə köçüb. Burada N.A. bir neçə ay işləməyib, ailəni onun əri maliyyələşdirib.
Aprel ayında isə N.A.-nın anası polisə müraciət edib. Polis onları saxlayıb. Dindirilmə zamanı A.A. (ər - inisiallar şərtidir) əslində qadın olduğunu bildirir.
N.A-nın valideynləri polisə ərizə yazaraq, qızının saxta ərini təhsil sənədləri ilə dələduzluqda ittiham edib. Bundan əlavə, onlar 300 milyon İndoneziya rupisi (təqribən 20 min ABŞ dolları) məbləğində aldadıldıqlaırnı iddia ediblər.
Jambi Şəhər Məhkəməsindəki iş İndoneziyada geniş yayıldıqdan sonra qadın öz hekayəsini sosial mediada paylaşıb. Sosial şəbəkə istifadəçiləri qadına şərhlərdə onun cinsi həyatı ilə bağlı sual verdikdə o, bildirib ki, yoldaşı həmişə yataqda işıqları söndürməyi xahiş edirdi və gözlərini də bağlayırdı... / Bizimyol.info