G7 ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndirmək niyyətindədir



 16:57 27.06.2022     264

“G7 ölkələri Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirmək niyyətindədir”.

Demedia.az UNIAN-a istinadən xəbər verir ki, planlaşdırılan məhdudiyyətlər barədə ABŞ Prezidenti Cozef Baydenin administrasiyası məlumat yayıb.

Belə ki, Vaşinqton Rusiyaya dəstək verən şirkətlərə ABŞ texnologiyalarına çıxışa məhdudiyyət qoymağı planlaşdırır.

Bundan başqa, G7 ölkələri Rusiyanın silah istehsalı və təchizat zəncirlərinə qarşı yeni tədbirlər görmək niyyətindədir. Yüzlərlə rusiyalı fiziki şəxs və şirkətə qarşı sanksiyaların genişləndirilməsi planlaşdırılır.

Üstəlik, buraya 2,3 milyard dollar dəyərində 570-dən çox növ Rusiya məhsuluna rüsumların artırılması daxildir.