Gecə klubunda dəhşətli hadisə: 22 ölü, çox sayda yaralı var
Cənubi Afrika Respublikasının Şərqi Kape əyalətindəki gecə klubunda qeydə alınan dəhşətli hadisə tələfata yol açıb.
Demedia.az xəbər verir ki, gecə klubunda 22 nəfər ölüb, çox sayda insan yaralanıb. Hadisənin səbəbləri məlum deyil. Polisin məlumatına görə, hadisənin səbəbləri ətraflı araşdırmalardan sonra məlum olacaq. İlkin ehtimallara görə, gecə klubuna qaz sızıb. Prezident Siril Ramafosa hadisə ilə bağlı başsağlığı mesajı yayımlayıb.
Bahadur Seyidov