Makron: BƏƏ və Səudiyyə bunu bacarmayacaq
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı neft hasilatını çətin ki, qaldıra bilsinlər.
Demedia.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Co Baydenlə görüşündə bildirib.
“Mən BƏƏ Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyanla danışdım. O mənə dedi ki, istehsal həcmini maksimum artırıblar. Üstəlik, səudiyyəlilər də sutkalıq neft hasilatını yalnız 150 min barrel, bəlkə də bir az artıq qaldıra bilərlər. Onların böyük gücü də yoxdur”, - Makron Baydenə deyib.