Rusiya Minskə “İsgəndər-M” raketləri verir
“Belarusa nüvə raketlərinin verilməsi gündəmdə deyil”.
Demedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Prezidentlərin görüşü zamanı bu məsələ gündəmə gəlməyib. Peskovun sözlərinə görə, Belarusa digər silahların verilməsi gündəmdədir.
Qeyd edək ki, Sankt-Peterburqda Vladimir Putin və Aleksandr Lukaşenko arasındakı görüş zamanı Minskə “İsgəndər-M” raketlərinin verilməsi müzakirə edilib. Nüvə başlığı daşıya bilən raketlərin Belarusa verilməsi Qərbdə narahatlıq yaradıb.