Rusiyadan Türkiyənin NATO qərarına ilk reaksiya: Səhvdir...
Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmasına razılıq verməsi Rusiyada etirazla qarşılanıb.
Demedia.az xəbər verir ki, məsələyə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov münasibət bildirib. O Ria novosti agentliyinə açıqlamasında bildirib ki, Finlandiyanın və İsveçin NATO-ya qoşulmaq istəməsi səhv qərardır.
“Sabitliyə zərər verir və NATO ölkələrinin təhlükəsizliyinə kömək etməyəcək” - Ryabkov bildirib.