Rusiyanı BMT-dən qovun - Zelenski
“Rusiyanın BMT-dəki və Təhlükəsizlik Şurasındakı hüquqları ləğv edilməlidir”.
Demedia.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, Rusiya terror dövlətidir. Zelenskinin sözlərinə görə, Rusiya Ukraynaya intensiv raket hücumlarını davam etdirir. Zelenski bəyan edib ki, Rusiya terror fəaliyyətlərini dayandırana qədər Moskva üzərində təzyiq olmalıdır.
Xəyalə Məmmədova