"2 mindən çox uşaq Rusiyaya aparılıb" - Ukrayna rəsmisi
"İndiyədək 2 mindən çox ukraynalı uşaq məcburi şəkildə Rusiyaya aparılıb".
Demedia.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiya naziri İrina Vereşuk deyib.
“İndi bizdə məlumat var ki, uşaqlarımızın iki mindən çoxu qeyri-qanuni olaraq Rusiyaya aparılıb. Lakin biz hələ bütün uşaqlar haqqında məlumatları toplamamışıq və dəqiqləşdirməmişik”, - o söyləyib.
Vereşuk, həmçinin əlavə edib ki, hakimiyyət uşaqların qohumları və dostlarının müraciətləri ilə ciddi məşğul olur:
“Beləliklə, indiyə kimi 44 uşağın geri qaytarılmasına nail olmuşuq”.
O xatırladıb ki, daha əvvəl Ukrayna Ali Radası oğurlanmış ukraynalı uşaqların rus ailələrinə övladlığa götürülməsinin yolverilməzliyi ilə bağlı BMT-yə müraciət edib.