Daha bir türk əsgəri Suriyada şəhid oldu
Suriyanın şimalındakı Əl-Bab rayonunda Türkiyə hərbçisi şəhid olub.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu Tvitterdə yazıb.
“Bir qəhrəman, bir ata... Ay-ulduzlu bayrağımız uğrunda şəhadətə yola saldığımız vətən övladı... Suriyanın Əl-Bab rayonunda şəhid düşən qəhrəman jandarmamız Süleyman Dəmirələ Allahdan rəhmət, ailəsinə səbir diləyirəm. Başımız sağ olsun”, - nazir qeyd edib.
Məlumata görə, baş çavuş bölgədəki minanı zərərsizləşdirərkən həlak olub.
Qeyd edək ki, ötən gün Türkiyə ordusunun başqa bir hərbçisi də Suriyada şəhid olub.