"Putin yalnız silahların dilini başa düşür" - Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski Aİ-nin Rusiyaya qarşı 7-ci sanksiya paketinə daha çox dəstək verməyə çağırıb.
Demedoa.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada videokonfrans vasitəsilə festivala qatılan Ukrayna prezidenti Volodimir Zelenski çıxışında Rusiyanın Qara dənizi bağladığı üçün taxılın Ukraynadan çıxarıla bilməyəcəyini, ona görə də Moskvanın Afrika və Asiyanı girov götürdüyünü bildirib.
Prezident Zelenski iddia edib ki, Avropa aclıq təhlükəsinə qarşı tədbir görməsə, bu, ciddi miqrasiya hərəkatına səbəb olacaq.
Qərb ölkələrindən hər fürsətdə tələb etdikləri silahlara toxunan Zelenski, "Putin dialoqa girmək istəmir, o, yalnız silahların dilini anlayır. Mən Putinə təklif etdim ki, bütün məsələləri sivil insanlar kimi danışıqlar masası arxasında həll etsin. O, bizimlə danışmaq əvəzinə, bu günə qədər reket atdı", - deyə ifadə edib.