Bizə silahlar verin, Putin dialoq qurmaq istəmir - Zelenski

 12:21 01.07.2022     357

Ukrayna Prezidenti Vladimir Zelenski Qərb ölkələrindən daha çox hərbi dəstək tələb edib.

Demedia.az xəbər verir ki, onun sözlərinə görə, Prezident Vladimir Putin dialoq qurmaq istəmir. Zelenksi bildirib ki, Putin yalnız silahların dilindən başa düşür. “Hərbi dəstəklərlə Rusiyanın işğal etmək istədiyi bölgələri müdafiə edirik” - deyən Zelenski, Qara dənizdəki blokadaya diqqət çəkib.

Zelenski bəyan edib ki, Rusiya Qara dənizi bağlamaqla məhsulların limanlarlardan ayrılmasına icazə vermir və nəticədə Asiya və Afrika “girov” saxlanılır.