Ukrayna ŞƏRTİNİ AÇIQLADI: Yalnız bu halda Rusiyaya qarşı...



 09:54 02.07.2022     503

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak Rusiyaya qarşı sanksiyaların ləğvi üçün lazımi təminat və Ukraynaya dəymiş ziyanın tam ödənilməsini şərt adlandırıb.

Demedia.az-ın məlumatına görə, onun bəyanatı Ukrayna prezidentinin saytında yerləşdirilib.

Siyasətçi hesab edir ki, sanksiyalar siyasəti üzrə blok Ukraynanın beynəlxalq təhlükəsizlik zəmanətlərinə daxil edilməli, yeni münaqişələrin qarşısının alınması üçün effektiv vasitəyə çevrilməlidir. Onun sözlərinə görə, Rusiyaya qarşı mövcud məhdudlaşdırıcı tədbirlər bir neçə şərt yerinə yetirilənə qədər davam etdirilməlidir.

Birincisi, o, Rusiya tərəfinin Ukraynaya qarşı təcavüzün təkrar olunmayacağına dair təminat və zəmanət verilməsini, ikincisi isə dövlətə və vətəndaşlara dəymiş zərərin tam ödənilməsini adlandırıb.

Bundan əlavə, zəmanətlər Ukraynaya heç bir məhdudiyyət və siyasi motivli maneələr olmadan gələcək silah və hərbi texnikanın verilməsi, habelə Ukraynaya qarşı təcavüz halında qarantların hərəkətləri üçün təfərrüatlı mexanizmləri təmin edəcək sazişlər sisteminin qurulması ilə bağlı müddəaları əhatə etməlidir.

“Ukrayna Budapeşt memorandumu çərçivəsində təhlükəsizlik təminatı ilə bağlı son dərəcə mənfi təcrübəyə malikdir. Biz bunu təkrarlamaqdan qəti şəkildə imtina edirik. “Budapeşt-2” olmayacaq”, - Yermak vurğulayıb.