Türk ordusunun hərbçisi ŞƏHİD OLDU



 09:54 03.07.2022     454

Türkiyə Silahlı Qüvvələrinin zabiti Hakkari bölgəsində şəhid olub.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hakkarinin Şəmdinli rayonunda qaçaqmalçılara qarşı keçirilən əməliyyat zamanı çaya düşən leytenant Halis Keskin xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.