Dünyada koronavirusa yoluxanların sayı 548 milyonu ötdü

 13:09 03.07.2022     249

Dünyada koronavirusa yoluxma hallarının sayı 548 milyon 828 minə çatıb.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun yayıldığı gündən indiyədək 6 milyon 338 519 nəfər COVID-19-a yoluxmadan dünyasını dəyişib.

20 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya yer alır.

Qeyd edək ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.