"Akıncı" lazerlə idarə olunan raketi SINAQDAN KEÇİRİLDİ



 22:00 02.07.2022     568

Türkiyə istehsalı olan "Bayraktar Akıncı" PUA lazerlə idarə olunan raketi sınaqdan keçirib.

Demedia.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, PUA Türkiyənin şimal-qərbində yerləşən Tekirdağ vilayətindəki Çorlu aviabazasından havaya qalxaraq, lazerlə idarə olunan qanadlı raketlə saxta düşmənin hədəfini dəqiqliklə vurub.

"Akıncı" PUA daha əvvəl “Anadolu Qartalı - 2022” təlimi çərçivəsində verilən tapşırıqları uğurla yerinə yetirib.