Pakistanda DƏHŞƏTLİ HADİSƏ: Çox sayda ölən var



 17:26 03.07.2022     472

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 19 nəfər ölüb, 12 nəfər yaralanıb.

Demedia.az xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.

Hadisəyə səbəb yağış zamanı sürücünün idarəetməni itirməsi olub.

Yaralılar yerli xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.

Bəlucistan əyalətinin paytaxtı Kvettadan İslamabada gedən avtobusda 30 sərnişin olub.