Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi SAXLANILDI
Türkiyənin gömrük əməkdaşları Kiyevin müraciəti əsasında Ukrayna taxılı daşıyan Rusiya gəmisini saxlayıblar.
Demedia.az xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasiliy Bodnar deyib.
“Biz Türkiyə ilə əməkdaşlıq edirik. Hazırda gəmi portun girəcəyində, Türkiyənin gömrük əməkdaşları tərəfindən saxlanılıb”-deyə, diplomat bildirib.