Putin Baydeni təbrik etməyəcək - Peskov
Rusiya Prezidenti Vladimir Putin bu il ABŞ Prezidenti Co Baydeni və amerikalıları Müstəqillik Günü münasibətilə təbrik etməyəcək.
Demedia.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu il təbrik teleqramı göndərilməyəcək. Bu onunla bağlıdır ki, bu il faktiki olaraq ABŞ ölkəmizə qarşı qeyri-dost siyasətinin kuliminasiyasına çatdı. Bu şərtlər daxilində belə bir təbrik mesajını çətin ki, məqsədəuyğun hesab etmək olar”, - Dmitri Peskov açıqlayıb.