Putin Luqansk vilayətinə tam nəzarəti ələ keçirən hərbçiləri təbrik edib



 23:55 04.07.2022     318

"Luqansk uğrunda döyüşlərdə fəal iştirak edən bölmələr, istirahət etsinlər, imkanlarını artırsınlar".

Demedia.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib.Ukraynanın Luqansk vilayətinə tam nəzarəti ələ keçirən hərbçiləri təbrik edən Rusiya prezidenti “Şərq” və “Qərb” qruplaşmalarının əvvəlki plan üzrə öz vəzifələrini yerinə yetirməli olduğunu söyləyib.

Putin Luqanks uğrunda döyüşlərdə fərqlənmiş hərbçiləri mükafatlandıracaqlarını da əlavə edib. O, generallar Lapin və Abaçevə "Rusiya Qəhrəmanı" adının verilməsi haqqında fərman imzalayacağını qeyd edib.