Şoyqu qələbə xəbərini Putinə çatdırdı: Bölgədə hərbi əməliyyatlar başa çatdı



 18:53 04.07.2022     1091

Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynadakı müharibənin gedişatı barədə Prezident Vladimir Putinə məruzə edib.

Demedia.az xəbər verir ki, Şoyqu xüsusi əməliyyatın gedişi barədə prezidentə məruzəsində Luqanskın nəzarətə götürülməsi barədə əməliyyatın uğurla həyata keçirildiyini bildirib.Onun sözlərinə görə, Lisiçansk şəhəri minalardan təmizlənir.

Şoyqu iki həftə ərzində Ukrayna ordusunun itkilərinin 5469 nəfər təşkil etdiyini də qeyd edib.