Dondurmadan keçən virus CAN ALDI
ABŞ-da eyni dondurma markasından yeyən 23 nəfərdə “Listeria” virusu aşkar edilib.
Demedia.az-ın xarici mediaya istinadən məlumatına görə, İllinoys ştatında 1 nəfər virus səbəbilə dünyasını dəyişib.
Listerioz, adətən “Listeria monocytogenes” bakteriyası ilə çirklənmiş qidaların yeyilməsi nəticəsində yaranan bir infeksiyadır.
Simptomlar eyni gün və ya çirkli qidanı yedikdən 70 gün sonra başlaya bilər.