Eyfel qülləsi ilə bağlı gizli hesabat mediaya sızdı - Böyük gəlir itirəcək
Fransanın paytaxtı Parisdə turistlərin ən çox axın etdiyi Eyfel qülləsi artıq paslanıb.
Demedia.az xarici KİV-nə istinadən xəbər verir ki, mediaya sızan məlumatlara görə, qüllənin tam təmirə ehtiyacı var. KİV-in əldə etdiyi hesabatda qeyd edilib ki, 2024-cü ildə keçiriləcək Paris Olimpiadasına görə, Eyfel qülləsi rənglənəcək və bunun üçün 60 milyon avro vəsait xərclənəcək.
Qüllənin yenidən rənglənməsinin turistlərin üzünə bağlanması demək olduğunu bildirən idarəçilər bu səbəbdən turizm gəlirlərində böyük itki olacağını bildiriblər.
Xatırladaq ki, 19-cu əsrin sonlarında Qustavo Eyfel tərəfindən tikilən 324 metrlik qüllə hər il təxminən 6 milyon ziyarətçi qəbul edir.