Kömür mədənində UÇQUN: 189 ölü



 19:40 05.07.2022     519

Rusiyanın Kuzbas bölgəsində “Raspadskaya-Koksovaya” mədənində qaya uçub. İçəridə qalan şaxtaçılar təxliyə edilirlər. Hadisə zamanı yerin altında 189 nəfər olub.

Demedia.azTASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Moskva vaxtı ilə saat 12:07-də ​​Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinə Mejdureçensk şəhər rayonundakı şaxtada qayanın uçması barədə məlumat daxil olub. Məlumat verildiyi vaxt orada 189 nəfər olub. Mədəndə olan insanlar səthə çıxarılırlar. Hadisə yerində iki mədən xilasetmə qrupu işləyir”, - deyə mətbuat xidmətindən bildirilib.

İlkin olaraq bir nəfərin xəsarət aldığı deyilirdi, amma daha sonra Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti qurbanların sayının iki nəfərə çatdığını açıqlayıb.

“Hazırda 46 nəfər çıxarılıb, iki nəfərin tibbi yardıma ehtiyacı var. İki nəfərlə əlaqə kəsilib, məlumat almaq mümkün deyil”, - deyə mətbuat xidmətindən qeyd edilib. Zərərçəkənlərin xəsarətləri orta-ağır olaraq qiymətləndirilir və həyati təhlükələrinin olmadığı deyilir.

Müəssisəyə rəhbərlik edən “Raspadskaya” kömür şirkətindən verilən açıqlamaya görə, hadisəyə səbəb şəhərdən bir neçə kilometr aralıda baş verən zəlzələ ola bilər.

“Şimal-qərbdə, Mejdureçenskdən 5 km aralıda seysmik hadisə baş verib, nəticədə “Raspadskaya-Koksovaya” mədənində qaya uçub. Hazırda fəhlələr yuxarı çıxarılırlar. Hadisə yerində dağ-xilasetmə qrupları işləyirlər”, - deyə bildirilib.