Ermənistanda bankda partlayış: Ölü və yaralılar var

 14:31 06.07.2022     263

Ermənistanın Araqatsotn rayonunda yerləşən Aştarak bankındakı partlayışın səbəbi məlum olub.

Demedia.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisəyə qaz sızmasının olduğu bildirilir. 

Vurğulanıb ki, partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Onlardan 2-nin xəsarətləri yüngül olduğundan artıq evə buraxılıb. Digərləri Milli Yanıq Mərkəzinə aparılıb.

Faktla bağlı cinayət işi başlanılıb, ibtidai araşdırma aparılır.

***

Ermənistanın Araqatsotn rayonunda yerləşən Aştarak bankında partlayış baş verib.

Demedia.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Xilasedicilər və yanğınsöndürənlər hadisə yerindədir.