Türk ordusundan UĞURLU ƏMƏLİYYAT
Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” və “Fərat qalxanı” bölgələrində iki gün ərzində keçirdiyi antiterror əməliyyatı nəticəsində 40 terrorçunu zərərsizləşdirib.
Demedia.az xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, terrorçuların 31-i Suriyanın, 9-u isə İraqın şimalında məhv edilib.
Qeyd edək ki, “Zeytun budağı” (“Zeytin dalı”) antiterror əməliyyatı 2018-ci il yanvarın 20-də başlayıb. Əməliyyat Suriyanın Hələb əyalətinə aid Afrin rayonunda Tel Rıfat şəhərinin Azez bölgəsində terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarına qarşı keçirilir. “Fərat qalxanı” (“Fırat kalkanı”) antiterror əməliyyatı isə 2016-cı il avqustun 26-da başlayıb. Bu əməliyyatı Türkiyə Silahlı Qüvvələri Suriya Azadlıq Ordusu ilə birgə terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmasına qarşı Türkiyə-Suriya sərhədində və Hələbin şimalında keçirir.