Mövlud Çavuşoğlu ukraynalı həmkarı ilə danışdı
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.
Baş diplomatların regional məsələləri müzakirə etdikləri qeyd olunub.
Xatırladaq ki, bu gün Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrovun G-20 ölkələrinin İndoneziyada keçirilən toplantısı çərçivəsində görüşü gözlənilir.