Zelenski cəbhə xəttinə getdi - VİDEO

 20:01 08.07.2022     375

Ukrayna prezidenti Volodimir Zelenski Dnepropetrovsk vilayətində Ukrayna ordusunun ön mövqelərinə baş çəkib. 

Demedia.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı səfəri zamanı ukraynalı döyüşçülərə mükafatlar təqdim edib.

Bundan əlavə, Zelenski Krivoy Roq vilayətində bölgədəki vəziyyət, hərbi hissə və bölmələrdə işin vəziyyəti ilə bağlı müşavirə keçirib.