Zelenski müsəlmanları Krım tatar-türkcəsində təbrik etdi - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski Qurban bayramı münasibətlə müsəlmanları təbrik edib.
Demedia.az xəbər verir ki, dövlət başçısı feysbuk səhifəsində təbrik videosu paylaşıb.
“Bunu Krım-tatar xalqı xüsusi ilə gözləyir. Mən inanıram ki, bizim bir-birimizi azad Krımda təbrik edəcəyimiz il gələcək”, - Ukrayna lideri bildirib.
V.Zelenski müraciətini Krım tatarlarının türkcəsində tamamlayıb: “Qurban bayramınız xeyirli və mübarək olsun!”.
O, təbrikini Slava Ukraine (Yaşasın Ukrayna!) şüarı ilə bitirib.