Ukrayna 1,7 milyard dollar qrant alacaq
Ukrayna Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB), Beynəlxalq İnkişaf Assosiasiyası və USAİD-in yaratdığı Vahid Donor Etimad Fondu vasitəsilə 1,7 milyard ABŞ dolları qrant alacaq.
Demedia.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıqal bildirib.
Onun sözlərinə görə, müvafiq sazişin layihəsi hökumətin iclasında təsdiqlənib.
“Qrant Ukraynanın dövlət büdcəsinə təmənnasız, geri qaytarılmayan əsasda cəlb olunacaq”, - Şmıqal deyib.
Onun sözlərinə görə, vəsait dövlət büdcəsinin tibbi xidmət xərclərinin ödənilməsinə yönəldiləcək.
Şmıqal, həmçinin ilin sonuna qədər Ukraynanın beynəlxalq tərəfdaşlardan daha 20 milyard ABŞ dolları yardım və dəstək alacağını açıqlayıb.