İsveç terrorçuları Türkiyəyə təhvil verəcək
İsveç aralarında 10 PKK terrorçusunun da olduğunu çox sayda şübhəlini Türkiyəyə təhvil verəcək.
Demedia.az xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. Bildirilir ki, Türkiyə-İsveç-Finlandiya arasında imzalanan memorandumdan sonra Ankaranın tələbləri yerinə yetirilməyə başlanılınıb.
Qeyd edək ki, memorandumdan əvvəl Türkiyə aralarında 33 PKK terrorçusu və FƏTÖ üzvlərinin olduğunu şübhəlilərin təhvil verilməsini tələb etmişdi.