Consona ŞOK VƏZİFƏ: Yeni iş yeri heyrətə gətirdi



 12:05 11.07.2022     2189

Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun yeni iş yeri Ukrayna olacaq.

Deemdia.az xəbər verir ki, bu barədə diplomatik mənbə “The Sun” qəzetinə açıqlama verib. Diplomatik mənbənin sözlərinə görə, beynəlxalq diplomatiyanın Consonun xidmətlərinə ehtiyacı var. Bildirilir ki, Rusiyaya qarşı qəti mövqeyi ilə seçilən Conson, Prezident Vladimir Putinə qarşı “ittifaqı” davam etdirmək üçün Ukraynaya xüsusi səfir təyin edilə bilər. Conson Ukraynaya hərbi yardımların göndərilməsində, Qərblə Kiyev arasında dialoqun aparılmasında və sülh danışıqlarında vasitəçi ola bilər.

Qeyd edək ki, Böyük Britaniya hökumətindəki kütləvi istefalardan sonra Boris Conson da postunu tərk etmək məcburiyyətində qalıb.