Ərdoğan Zelenski ilə taxıl dəhlizinin açılmasını müzakirə edib
 
 
            Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Demedia.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Rusiya-Ukrayna müharibəsi və Qara dənizdə taxıl koridorunun açılması müzakirə olunub.

 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        