Belarus Ukrayna ilə sərhəddə təlimlərə başladı
“Belarusda komanda-qərargah təlimləri başlayıb".
Demedia.az “RBK Ukraina”ya istinadla xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, təlimlər Ukrayna ilə həmsərhəd Qomel vilayətində həyata keçirilir.
Bildirilib ki, hazırlıqlar iyulun 14-dək davam edəcək.