ŞOK ÇAĞIRIŞ: "Rusiyada üsyan başladın" - Ölkəni parçalamaq planı...



 16:15 12.07.2022     1171

Polşanın keçmiş Prezidenti Lex Valensa Rusiyada üsyan təşkil edilməsini irəli sürüb.

Demedia.az xəbər verir ki, onun sözlərinə görə, Rusiyada üsyan təşkil etməklə ölkəni parçalamaq olar. Keçmiş Prezident Rusiyada müxtəlif xalqların yaşadığına diqqət çəkərək, üsyanın təşkil edilməsinin mümkünlüyünü irəli sürüb. Lex Valensa bildirib ki, Rusiyada təşkil oluna biləcək üsyana NATO dəstək verməlidir. Valensanın sözlərinə görə, Qərb Ukraynada Rusiyanı məğlub etsə belə Moskvanın təhdidi davam edəcək.