Rusların Xersondakı silah-sursat anbarı dağıdıldı



 11:28 13.07.2022     460

Xerson vilayətində Ukrayna aviasiyası düşmənin sursat anbarına və konsentrasiyasına zərbələr endirib.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Cənub Əməliyyat Komandanlığı məlumat yayıb.

“Günortadan sonra düşmənin bir cüt Su-30 qırıcısı Odessaya 4 ədəd X-31 antiradar raketi ilə zərbə endirib. Raketlər zərərsizləşdirilib, dənizə düşüb. Bizim hücum təyyarəmiz silah-sursat anbarına və Xerson vilayətinin Novopetrovka ərazisində düşmən klasterini vurub. Düşmən qırıcıları iki raket ataraq aviasiyamıza müdaxilə etməyə çalışıb”, - məlumatda deyilir.

Qeyd olunub ki, Ukrayna aviasiyasının itkisi yoxdur.