Ukraynadan ŞOK HƏMLƏ: Rusiyanı "parçalayacaq" plan işə düşdü
Ukrayna Ali Radasına Rusiyanın tərkibindəki Çeçenistan Respublikasının dövlət suverenliyinin tanınması haqqında qərar layihəsi təqdim edilib.
Demedia.az xəbər verir ki, layihənin təşəbbüskarları xalq deputatları Aleksey Qonçarenko və Musa Maqomedov olublar. Deputatlar bildiriblər ki, Çeçenistan güc yoluyla Rusiyanın tərkibinə daxil edilib. Bu səbəbdən Çeçenistan İçkeriya Respublikası Rusiyadan azad və müstəqil olmalıdır.
Deputatlar qətnamənin tezliklə qəbul edilməsinə çağırıb.