İstanbulda Ukrayna taxılına dair koordinasiya mərkəzinin yaradılması razılaşdırılıb
"Ukrayna taxılına dair dördtərəfli görüşdə İstanbulda tərəflərin nümayəndələrinin yerləşəcəyi koordinasiya mərkəzinin yaradılması razılaşdırılıb".
Demedia.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Dördtərəfli görüşdə limanın çıxış və gəliş məntəqələrində birgə nəzarətin həyata keçirilməsi, eləcə də transfer marşrutlarında naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi texniki məsələlərlə bağlı razılıq əldə olunub.
Ukrayna və Rusiya nümayəndə heyətləri gələn həftə Türkiyədə yenidən görüşəcək və bütün detallar nəzərdən keçiriləcək.