ABŞ hipersəs silahlarını sınaqdan keçirib
ABŞ Hərbi Hava Qüvvələri "ARRW" proqramı çərçivəsində hipersəs silahının prototipini uğurla sınaqdan keçirib.
Demedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Mart ayının ortalarında ABŞ hipersəs raketinin uğurlu sınağını keçirib, lakin Rusiya ilə gərginliyi artırmamaq üçün bu barədə məlumat yaymayıb. Strateji B-52 bombardmançı təyyarəsindən atılan raket 19 kilometr yüksəkliyə qalxaraq 480 kilometr məsafə qət edib.
Bundan əvvəl ABŞ-ın Kosmik Qüvvələrinin generalı David Tompson bildirib: “Hipersəs proqramlar baxımından çinlilər və rusiyalılar qədər irəlidə deyilik. Ancaq ABŞ sürətlə onlara çatmağa çalışır”.