Rusiya hücum qüvvələrini sürətlə itirir - GƏRGİN DURUM
Qərbdə əksər hərbi ekspertlər belə bir fikirdədirlər ki, Rusiya Ukraynada müharibənin həlledici anına qədəm qoyub. Cəbhədə hadisələrin inkişafından asılı olaraq, analitiklər tərəfindən müharibənin aktiv fazasının başa çatdırılacağı praqnozlaşdırılır.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Forbes” nəşri yazır.
“Rusiya qoşunlarının sayını stabil saxlamağa nail olsa da, onların keyfiyyəti tədricən azalır. Hər gün itkilər olmadan kütləvi hücumlar həyata keçirmək mümkün deyil. Bu itkilər hər şeydən əvvəl ən fəal hücum bölmələri – dəniz piyadaları, desant, xüsusi təyinatlılar, kəşfiyyat sahəsinə aiddir. Onların yerini adi səfərbərlik ilə doldurmaq mümkün deyil - uzunmüddətli hazırlıq lazımdır. Yaxın iki ay ərzində Rusiya demək olar ki, bütün hücum bölmələrini itirə bilər. Bundan sonra Moskva daha az hazırlıqlı əsgərləri döyüşlərə cəlb etməli olacaq və ya ümumiyyətlə hücum hərəkətlərindən imtina edəcək”, - deyə materialda bildirilir.
Müharibə Araşdırmaları İnstitutu hesab edir ki, döyüşlərin aktiv fazası yaxın vaxtlarda bitə, lakin beş ildən sonra, daha güclü dalğa ilə bərpa oluna bilər - Rusiya və Ukryana arasında 2027-ci ildə daha böyük müharibə başlayacaq.//Axar.az