“Moderna” peyvəndinin daha bir əlavə təsiri ortaya çıxdı



 17:09 05.02.2021     179

ABŞ-da hazırlanan “Moderna” vaksininin daha bir əlavə təsiri ortaya çıxıb.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, vaksin tətbiq edildikdən sonra 1 həftə ərzində 14 nəfərin qolunda ağrılı qırmızı şişkinlik meydana gəlib.

Mütəxəssislər 14 nəfərdə müşahidə olunan bu əlavə təsirin məlum olmayan yüzlərlə nümunəsinin ola biləcəyini deyiblər. Buna baxmayaraq, bunun qorxulu olmadığı qeyd edilib.

“Panikaya düşəcək və ya vaksinin ikinci dozasının tətbiqinə əngəl olacaq bir vəziyyət yoxdur”, - deyə həkim Ester Friman bildirib.